Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Babək rayon Mərkəzi Seçki Komissiyasının inzibati binasında gənclər üçün “Uğura aparan yol” adlı motivasiya yönümlü təlim keçirilib. Təlimdə gənclərlə yanaşı, digər yaş kateqoriyalarına mənsub iştirakçılar da olub.
Təlimi dosent, doktor Ayaz Seyidli aparıb. Təlim zamanı uğurun əsas prinsipləri, şəxsi inkişaf, düzgün hədəflərin müəyyənləşdirilməsi, motivasiyanın qorunması və peşəkar inkişaf istiqamətində vacib məqamlardan bəhs olunub.
İştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.